Ayaqqabıdan narkotika çıxdı

ayaqqabidan-narkotika-cixdi
Oxunma sayı: 1051

Astara Gömrük İdarəsində vətəndaşın ayaqqabısından psixotrop maddə aşkar edilib. 

“Qafqazinfo”nun Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, İrandan Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. 

Yoxlama nəticəsində, ayaqqabısında 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub. 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.