Ayaqqabılar sahibinə yol göstərəcək

ayaqqabilar-sahibine-yol-gosterecek
Oxunma sayı: 1095


“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, qırmızı rəngli ayaqqabı GPS-in köməyi ilə məkanı və marşrutu müəyyənləşdirir. Lazımi istiqamətin göstərilməsi üçün ayaqqabıya quraşdırılmış xüsusi qurğu vibrasiya yaradaraq sahibini hərəkət istiqamətini dəyişdirmək haqda xəbərdar edir. 

Ayaqqabı “Bluetooth siqnallarının köməyi və smartfon üçün xüsusi tətbiqlə idarə olunur. Adi batareya vasitəsilə enerji toplanılır. Həmçinin hərəkət zamanı sərf edilmiş kalori hesablanır. 

Ayaqqabının qiyməti təxminən 100-150 dollar civarındadır. Əsas sifarişçilər istirahəti zamanı öz hərəkət marşrutu haqqında narahatçılıq keçirmək istəməyən turistlərdir.