“Ayaz Mütəllibovun üzərindəki cinayət işlərinə hüquqi yekun vurulsun” - Mövqe

ayaz-mutellibovun-uzerindeki-cinayet-islerine-huquqi-yekun-vurulsun-movqe
Oxunma sayı: 684

“Hörmətli cənab sədr! Hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi kifayət qədər mübahisə doğuran, kifayət qədər fikirlərin toqquşduğu bir qanun layihəsidir. Ona görə xahiş edirəm bir-birimizə hörmətlə yanaşaq, təmkinli münasibət bəsləyək və bir-birimizi eşitməyi bacaraq. Əlbəttə, mən də ilk növbədə sözümü Azərbaycanın diplomatiyasının əldə etmiş olduğu böyük uğurla başlamaq istəyirəm. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü seçilməsi Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilməlidir və bu uğur heç şübhəsiz, ölkə Prezdentinin xarici siyasətinin məntiqinə söykənir. Bu uğur münasibətilə mən Azərbaycan xalqını, ölkə Prezdentini və bu yolda əziyyət çəkən, bu prosesdə fəal iştirak edən bütün diplomatları səmimi qəlbdən təbrik edirəm. Eks-prezidentlər haqqında qanun layihəsi komitədə müzakirə olunarkən mən xüsusi rəylə, xüsusi fikirlə çıxış etdim və komitədə bu layihənin əlehinə səs verdim. Çünki, müzakirə zamanı qaldırmış olduğum suallara kankret cavab tapa bilmədim və bu qanun tətbiqi məsələsində mənim söykənmiş olduğum siyasi dəyərlərə, siyasi prinsiplərə uyğun gəlməyən, ziddiyyət təşkil edən bəzi məqamlar mövcuddur. Mən prinsip etibarilə belə bir qanun qəbul edilməsinin zəruriliyini başa düşürəm və bunun əlehinə deyiləm. Belə bir qanun olmalıdır və biz belə bir qanunu qəbul etməliyik. Bu, Azərbaycanda dövlətçilik ənənələrinin yaranmasında və inkişafında xüsusi əhəmiyyət kəsb edən qanundur və düşünürəm ki, buna hər birimiz bu cür də yanaşmalıyıq. Lakin bu qanun tətbiqi məsələsində kifayət qədər mübahisəli məqamlar var. Hər şeydən əvvəl, mən dəfələrlə söyləmişəm, indi də təkrar edirəm ki, Müstəqil Azərbaycan Azərbaycan Sovet Respublikasının varisi deyil və Ayaz Mütəllibov Azərbaycan Sovet Sosialist respublikası dövründə qüvvədə olan qanunlara uyğun olaraq prezident seçildiyinə görə və həmin qanunlar indiki Müstəqil Azərbaycan Respublikasında tətbiq edilmədiyinə görə, müzakirə edilən qanun layihəsi Ayaz Mütəllibova tətbiq edilə bilməz. Deyirlər ki, sonrakı dönəmdə Ayaz Mütəllibov Azərbaycanın prezidenti kimi fəaliyyət göstərib. Onda gəlin 1995-ci ilə qədər fəaliyyət göstərən Azərbaycan respublikası Ali Sovetinin deputatlarına da indiki deputatların statusunu verək. Artıq bu məntiq ortalığa gəlir. Digər bir tərəfdən, Ayaz Mütəllibovun üzərində ağır cinayət işləri var və bu cinayət işlərinə aydınlıq gətirilməidir. Azərbaycan hüquqi dövlətdir və onun cinayət əməllərinə hüquqi müstəvidə aydınlıq gətirməli, məhkəmə səviyyəsində qiymət verilməlidir. Ona bəraətin verilməsi burada qəbul etdiyimiz qanunla deyil, hüquqi dövlətin söykənmiş olduğu prinsiplərə uyğun olaraq həllini tapmalıdır. Təkrar edirəm, Azərbaycan hüquqi dövlətdir və bizim ixtiyarımız yoxdur ki,uzun illər boyu, 19 il Azərbaycandan kənarda axtarışda olan və hər iki hökümət, həm Azərbaycan Xalq Cəbhəsi həm də 1993-cü ildən sonrakı hakimiyyət dövründə cinayət məsuliyyətinə cəlb edilən bir adamın bir qanunla üstündən cinayəti götürürük, həm də onu eks-prezident statusu veririk. Bu cür praktika hansı bir ölkənin tarixində mövcud olub və biz onu təkrarlayırıq. Bəlkə biz yeni xoşagəlməz, kifayət qədər mübahisəli praktikanı ortalığa qoyuruq. Başqa tərəfdən Ayaz Mütəllibovun seçkiləri Naxcıvan Muxtar Respublikasında rəsmi şəkildə boykot olunub və seçkilər keçrilməyib. İndi Ayaz Mütəllibov gəlib eks-prezident olur, lakin bu hüquq muxtar respubilkada tanınmır. Göründüyü kimi qanun tədbiqlə bağlı kifayət qədər ziddiyyətli məqamlar var. Ona görə də məncə bütün bunlara aydınlıq gətirilməlidir. Mən Ayaz Mütəllibovun Azərbaycana gəlməsinin əlehinə deyiləm, gəlsin. Ancaq onun gəlişi üçün ilk növbədə hüquqi addımlar atılsın, üzərindəki cinayət işlərinə hüquqi yekun vurulsun. Ondan sonra o Azərbaycanda yaşaya da bilər, ailəsi ilə, ətrafı ilə ömrünü Azərbaycanda başa vurada bilər. Lakin Konustusiya qanunun tətbiqində biz bu cür səhvlərə, bu cür güzəştli addımlara yol versək tarix bizi qınayacaq və bağışlamayacaq və Mütəllibov gəlkəcəkdə daha böyük və arzuolunmaz iddialarını ortalığa qoyacaq. Mən bu qanunu əlehinə səs verəcəyəm.
Diqqətinizə görə təşşəkkür edirəm.”