Aybənizin qızı əməliyyat olundu

aybenizin-qizi-emeliyyat-olundu
Oxunma sayı: 4334

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva əməliyyat olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat verib. 

Bildirilib ki, Aynişan uzun müddət gözü ilə bağlı problem yaşayıb: “Həkim qızımın gözlərini əməliyyat etdi, nəhayət ki, Aynişan eynəklərdən xilas oldu”.