Ayda mobil rabitə şəbəkəsi yaratmaq planlaşdırılır

Ayda mobil rabitə şəbəkəsi yaratmaq planlaşdırılır
Oxunma sayı: 579

Dünyada ən böyük mobil rabitə operatorlarından biri olan “Vodafone” şirkəti 2019-cu ildə Ayda “4G” mobil rabitə şəbəkəsi yaratmağı planlaşdırır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, lazımi infrastruktur Berlində fəaliyyət göstərən “PTScientists” şirkəti tərəfindən “Falcon 9” raketinin köməyi ilə Aya ilk özəl uçuş zamanı çatdırılacaq.

Raketin “Nokia”nın telefon dirəklərini Aya aparmasına kömək edəcəyi, həmçinin “Vodafone” şirkəti tərəfindən təmin edilmiş siqnalın isə Ayın səthindən yüksək dəqiqlikli videomateriallar ötürəcəyinə imkan yaradacağı güman edilir.

Bundan başqa, mobil şəbəkə “Audi” şirkətinin iki lunoxodu, həmçinin baza rolunu oynayan və ay enmiş “ALINA” (“Autonomous Landing and Navigation Module”) kosmik gəmisi arasında əlaqəni təmin edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi