Aydın Abbasovdan atası ilə bağlı- - Açıqlama

aydin-abbasovdan-atasi-ile-bagli-
Oxunma sayı: 1403

 

Deputat Aydın Abbasov Publika.az-a açıqlamasında atasına Rusiya prezidenti tərəfindən heç bir səlahiyyət verilmədiyini bildirib.

 O deyib ki, təxminən 1 həftə öncə Moskvada Rusiyanın Regionlarının İnkişafı Nazirliyində toplantı keçirilib:

 “Həmin tədbirdə Rusiyada mövcud olan muxtariyyətlərin rəhbərləri, o cümlədən “AzerRos”un prezidenti Asif Məhərrəmov və Federal Şuranın sədri Mehriban Sadıqova iştirak edib. O tədbirdə bütün muxtariyyətlərə müraciət olunub və xahiş olunub ki, Krım tatarlarına muxtariyyət verilməsi məsələsində köməklik olunsun.

Rusiyanın Regionlarının İnkişafı Naziri isə 2 gün əvvəl Qəbələyə gəlib və burada Rusiya-Azərbaycan forumunda iştirak edir. Ancaq saytlar isə yazırlar ki, guya Putin Abbas Abbasova səlahiyyət verdi və sairə. Belə bir mövzu ortaya atılsa da, ancaq bu, Abbas müəllimdən tamamilə uzaq olan məsələdir. Ümumiyyətlə, Rusiyada Krım tatarlarının muxtariyyətinin yaradılması ilə bağlı mədəni muxtariyyətlərə müraciət olunub. Ancaq bu nə yazıdırsa, mən bunu anlaya bilmirəm”