Aydın Əliyev Daşkəsəndə - Fotolar

aydin-eliyev-daskesende
Oxunma sayı: 3755

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Daşkəsəndə  Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, general qəbuldan əvvəl rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə birgəHeydər Əliyevin abidəsini ziyarət ediblər. 

Qəbul zamanı  bölgədə yaşayan sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Komitə sədri qəbula yazılmış vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair Komitənin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verib. 

Qəbulda qaldırılan məsələlərin bir qismi yerində həll edilib.