“Ayətül-kürsi”nin hansı faydaları var?

ayetul-kursinin-hansi-faydalari-var
Oxunma sayı: 18338


“Qafqazinfo” islam.az-a istinadən xəbər v erir ki, 255-ci ayədə “Allahın kür¬sisi” ifadəsi işlədildiyi üçün, ona bu ad ve¬rilib. Əslində burada oturmaq üçün istıfadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki “kürsi” ifadəsi Al¬lahın qüdrət və hökmranlığının simvolu kimi işlədilib.

İslam ənənəsində ayətül-kürsidən həm də dua kimi istifadə edilir. Xəstəliklərdən şəfa tapmaq, şərdən amanda qalmaq, ruzini artırmaq, çətin işi həll etmək, qorxunu aradan qaldırmaq və sairə məqsədlər üçün ayətül-kürsini oxuyurlar. Həzrət Mühəmməd Peyğəmbər (s) ayət¬ül-kürsini “Quranın ən əzəmətli ayəsi” adlandırmışdı. Namazdan sonra ayətül-kürsini oxumaq hədislərdə tövsiyə edilib. Rəvayətə görə, Peyğəmbər yatmazdan əvvəl ayətül-kürsi oxuyardı.