Ayətullahdan Türkiyəyə sərt ittiham

ayetullahdan-turkiyeye-sert-ittiham
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, Şəhrudi Türkiyədəki islamı “liberal islam” olaraq xarakterizə edərək, qərbin bölgədəki “həqiqi islam” əvəzinə Türkiyədəki “liberal islam”ı yerləşdirməyə çalışdığını irəli sürüb. İranın Mühakimə Təşkilatının keçmiş rəhbəri olan Şəhrudi Türkiyənin liberal islamı yayaraq Yaxın Şərqdəki prosesləri öz lehinə istifadə etməyə çalışdığını iddia edib. Qərb dövlətlərinin bölgə ölkələrinin İranla əlaqələr qurmasından qorxduğunu irəli sürən İranlı lider, qərbin bu səbəbdən Türkiyədəki liberal islam kimi yeni islam modellərini ortaya ataraq həqiqi islamı aradan çıxarmağın yollarını axtardığını deyib.

Səidə