Aygün ad günündə yeni mahnısını təqdim etdi

aygun-ad-gununde-yeni-mahnisini-teqdim-etdi
Oxunma sayı: 1096

Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərinin ixtiyarına verib. “Qafqazinfo” xəbər verir ki, müğənni ad günündə “Paramparça” adlı mahnısını sevənlərinə təqdim edib.

Bəstəsi Pərviz Mahmudova, sözləri isə Günər Əliyevə aiddir. Mahnının aranjımanı Alex Berdzaya məxsusdur. 

Qeyd edək ki, bəstə Aygün Kazımovanın rəsmi "Youtube" kanalında təqdim olunub. “Cover” fotonunun müəllifi isə gürcü fotoqraf Leko Levanidir.

Xatırladaq ki, yanvarın 26-da pop ifaçısının 48 yaşı tamam olub.