Aygün Bəylər erməni məclisində...- - Yenilənib

aygun-beyler-ermeni-meclisinde-
Oxunma sayı: 7227


Məsələni dəqiqləşdirmək üçün əməkdar artistlə əlaqə saxladıq. Aygün sualımızı eşidincə dəstəyi asaraq telefonunu söndürdü. İfaçıya dəfələrlə zəng etdikdən “Bəsdirin, cavab vermək istəmirəm”-deyərək telefonu yenidən söndürdü. 

Sözügedən məsələdə adı hallanan tar ifaçısı Firuz müəllimə də müraciət etdik. Firuz Əliyev bunları dedi: “Bu haqda məlumatım yoxdur. Sadəcə deyiblər ki, konsert olacaq. Mənə bilet alaraq aldadıb erməni məclisinə aparırlar. Xəbərdar etdiyinizə görə təşəkkür edirəm. Bu məclisdə iştirak etməyəcəm”.

Qeyd edək ki, əməkdar artist Aygün Bəylərin Qriqori adlı erməninin tədbirində oxumasına Rostovda yaşayan azərbaycanlılar etiraz edir. 

***

Aygün Bəylər barəsində xəbərə belə münasibət bildirib: 

“Sözügedən konsertin erməni məclisinin olduğunu bilmirdim. Sadəcə olaraq mənə söylədilər ki, çıxış etməliyəm. Geniş araşdırmamdan sonra bəlli oldu ki, imkanlı erməni evində tədbir təşkil edib. Məni həmin məclisə dəvət edən təşkilatçıyla əlaqə saxlayaraq bildirdim ki, əgər o tədbirdə erməni varsa, mən gəlməyəcəm”.

/sia.az/