Aygün Bəylər itkin düşən qohumunu axtarır- - Foto

aygun-beyler-itkin-dusen-qohumunu-axtarir-
Oxunma sayı: 1852


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda qonaq olduğu “Öz aramızda” proqramında deyib. 

A.Bəylər verilişin yaradıcı heyətindən onun tapılması üçün kömək istəyib:

“Elnur mənim əmimin nəvəsidir. Atası-anasıyla bir yerdə böyümüşük. Tərbiyəli uşaq idi. 2013-cü ilin mayından yoxa çıxıb. Həmin gündən axtarırıq. Atası dünyasını dəyişəndən sonra evdən gedib. Hərbi biletini, sənədlərini də özü ilə götürüb. Amma axtarış vermişik, ölkədən kənara çıxmayıb. Musiqiçi idi. Buradan ona müraciət edirəm. Mənə zəng etsin, nömrələrimi bilir. Nənələri onun yolu gözləyir. Heç bir pis vərdişi yox idi. Nağarada ifa edirdi. Hər şeyə inanan, hamıya kömək edən biri idi. Mənim onun axtarışı ilə ciddi məşğul olmağa vaxtım yoxdur. 

Yaradıcı işlərim var. Amma hər zaman anası ilə hara lazımdırsa, getmişəm. İndi də bu verilişə gəldim. Bütün ailənin gözü yoldadır. Məni tap, yanıma gəl, səni heç yerə buraxmaram. Əgər sevdiyin varsa, onunlasansa, razıyam, evləndirəcəm. O ərəfədə bir qızı sevirdi, deyirdi, onu mənə alın. Həmin xanımın iki övladı var idi. Hətta ilk vaxtlar elə bildik onun yanına gedib. Amma sonra gördük ki, yox, itkin düşüb”.