Aygün Bəylərin qardaşına 5 il həbs verildi

aygun-beylerin-qardasina-5-il-hebs-verildi
Oxunma sayı: 2481

Bakı Ağır Cinayətlər Məhkəməsində birgə marixuana əkdikləri dostlarını öldürməkdə təqsirləndirilənlər - Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A. Hümmətov və C. Alxasov həm də qətl üzrə bəraət alıblar. 

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.

Murad Əhməd