Aygün “Daf Bama”dan imtina etdi - Estetik əməliyyata görə

Aygün “Daf Bama”dan imtina etdi
Oxunma sayı: 2109

Azərbaycanın divası Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan “Daf Bama Music Awards”da iştirak edə bilməyəcək. Buna səbəb xalq artistinin keçirdiyi estetik əməliyyatlardır. 

“Qafqazinfo” xəbər verir ki,  plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov müğənninin səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət  uzaq məsafələrə gedə bilməyəcəyini açıqlayıb:

"Aygün xanımın 2 həftə əvvəl  keçirdiyi  müxtəlif bədən  şəkilləndirilməsi əməliyyatlarından sonra özünü  əməliyyatdan sonrakı dövrə uyğun əla hiss edir. Əməliyyat sahələri birincili sağalmışdır. Lakin buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır. 

Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqlərinin etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub. Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir”.

Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi həmin tədbirdə iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi