Aygün ərə gedir

aygun-ere-gedir
Oxunma sayı: 2334


“Türkiyənin tanınmış bəstəkarı  Altan Çətindən mahnı almışam, “Arama beni” adlanır. Noyabrda bu layihəmiz başlayacaq.  Bu işlədiyim şirkətin rəhbərinin fikridir. Oktyabrda yeni mahnı və klipimi təqdim edəcəm.  Bir gənc şairin sözlərinə Hakan Erol musiqi bəstəliyib. “Mən sənə xəstəyəm” adlanır. Əminəm ki, bu mahnı da bəyəniləcək”.

Sənətçi qızı İlqarənin də yaradıcılıq işlərindən bəhs edib:

“Məstanım böyüyüb, nəhayət, mən istədiyim formaya düşüb. Mənim dietam ilə arıqlayıb. Yaradıcılıq işlərinə sürətlə davam edir.  İki aya yeni imicdə, yeni işlərini təqdim edəcək”. 

Aygün Kazımova daha sonra yaxın vaxtlarda toyu olacağını bildirib: 

“Ən yaxın rəfiqəmin yeganə oğlu Fəqanın toyudur. Xoşbəxt olsun.  Sizə də, özümə də toy arzulayıram. Bunu bilmək olmaz. Bəlkə, bu yaxınlarda toyum oldu”.