Aygün həkimin qadağasını pozdu - Əməliyyatdan sonra ilk fotolar

aygun-hekimin-qadagasini-pozdu
Oxunma sayı: 5662

Xalq artisti Aygün Kazımova plastik əməliyyatdan sonra ilk dəfə görüntülənib. “Qafqazinfo” xəbər verir ki, təxminən 4 həftə əvvəl bıçaq altına yatan müğənni Gəncədə açılış mərasimində iştirak edib. 

Sənətçinin fotoları məşhur brendin “facebook” səhifəsində yayımlanıb. 3 dəfə estetik cərrahiyyə etdirən sənətçinin xarici görünüşündə böyük bir dəyişikliyinin olmaması diqqətdən yayınmayıb. 

Plastik əməliyyata görə Almaniyada keçirilən “Daf Bama Music Awards” mərasimində iştirakdan imtina edən Kazımova həkimi cərrah Dilqəm Məhərrəmovun qadağasına məhəl qoymayıb. Belə ki, həkimin hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsinə icazə verməsə də, Aygün Gəncəyə səfər edərək konsert proqramı ilə çıxış edib.