“Aygün Kazımova bir əfsanədir” - Röyadan maraqlı etiraf+ Video

“Aygün Kazımova bir əfsanədir”
Oxunma sayı: 3995

“Aygün Kazımova bir əfsanədir, ölməzdir. Amma mənə qarşı çox böyük kompleksi var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Röya Ayxan “Baku.ws”in instaqram səhifəsinin canlı yayımında bildirib.

R. Ayxan xalq artistinin həmişə hörmətini saxladığını və bundan sonra da saxlayacağını söyləyib:

“Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlərim olub. Bu yaxınlarda guya mənə qarşı jest etdi. Mənim 15-16 yaşımda olarkən, burnu yekə, eybəcər kadrlarımı paylaşıb. Bu jestdir? Jesti mən edirəm.Tədbirlərdə hər dəfə onu görəndə yaxınlaşıb salam verirəm. “Altın Kelebey”i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Onda deyərdim ki, mənə jest edib”.

Sənətçi həmkarının Azərbaycan musiqi aləmində çevrilişlər etdiyini, tarix yazdığını vurğulayıb:

"O gözəl xanımdır, şou qadınıdır. Amma yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacağam. Mənim kimi ağıllı dostu yoxdur. Amma istəsəydi vaxtında olardım”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi