Aygün Kazımova dəb nümayişində - Fotolar

aygun-kazimova-deb-numayisinde
Oxunma sayı: 2348

Azərbaycanda dəb həftəsi keçirilir. “Azerbaijan Fashion Week” adlı tədbir may ayının 23-dən start götürüb və artıq bir neçə gündür davam edir.

“Qafqazinfo” xəbər verir ki,, yerli şou biznesin divası Aygün Kazımova dəb həftəsini izləyən fəxri qonaqlar sırasında olub. O, dəb nümayişini izləməyə yaxın dostu və dizayner Rüfət İsmayıl ilə qatılıb.

Qeyd edək ki, Aygün Kazımovanın  sentyabrın 22-də Azərbaycanın ən böyük konsert salonu olan “Crystal Hall”da hesabat konserti keçiriləcək. R. İsmayıl sənətçinin yaradıcılığının 30 illiyinə həsr olunmuş konsertin səhnə geyimlərini hazırlayacaq.