Aygün Kazımova Hollivud ulduzu olacaq?

aygun-kazimova-hollivud-ulduzu-olacaq
Oxunma sayı: 796

“Qafqazinfo”nun day.az-a istinadən verdiyi xəbərə görə Space TV-nin efirində “Plyus-Minus” verilişində çıxış edən Aygün Kazımova Hollivud ulduzu olmağa hazırlaşdığını açıqlayıb.

O, deyib: "Mənə elə gəlir ki, yuxu görürəm. Səhnəyə çıxandan bir arzum olub - Hollivuda getmək. Orada məşhurlaşıb Hollivud olduzu olmaq. Necə deyərlər, o əsgər pisdir ki, general olmaq istəmir. Hərçənd, yaradıcılığıma baxsaq, demək olar ki, mən artıq “general”am, ancaq indi bütün “dünyanın general”ı olmaq istəyirəm".