“Aygün Kazımova ilə Röyaya gülməyim gəlir”

aygun-kazimova-ile-royaya-gulmeyim-gelir
Oxunma sayı: 676

“Hətta bildiyimə görə biri evini satıb, digəri isə bağını. Həftə səkkiz mən doqquz Türkiyənin yolunu ağardıblar. Amma gördükləri iş sıfıra bərabərdir. İş görən mənim kimi olar dedim və dediyimə də əməl etdim. Türkiyənin sənət babası hesab edilən əfsanəvi sənətkar Orxan Gəncəbaydan türk şou-biznesinə qatılmaq üçün halallıq da aldım. Bizim özlərini “nömrə bir” sayılan ulduzlar kimi yalandan yox, həqiqi görüşdüm. Orxan Gəncəbayla görüşmək mənim uşaqlıq arzum idi. Bizi evinə qonaq dəvət etdi. Bir xeyli söhbətləşdik. İllərini sənətə vermiş çox kübar bir təbəqənin nümayəndəsidir. İnşallah Orxan Gəncəbayın repertuarından yaxın günlərdə bir mahnı da oxuyacagam”.

İfaçı onu da bildirib ki o, təkcə Orxan Gəncəbayla deyil digər türk məhşurları ilə də görüşüb: “Adlarını hələlik açıqlamaq istəmirəm. Zamanla özünüz buna şahid olacaqsınız. Bircə onu deyə bilərəm ki, müğənnilikdən əlavə aktyor kimi də özümü sınayacam. Amma yerli seriallarda yox türk seriallarında”.