“Aygün Kazımova məni “blok” edib”

aygun-kazimova-meni-blok-edib
Oxunma sayı: 3653

ARB TV-nin “Açıq pəncərə” proqramının budəfəki qonağı müğənni Səidə Sultan olub.“Qafqazinfo” xəbər verir ki, ifaçı instaqramda izlədiyi məşhurlar barədə danışıb. 

Səidə xalq artisti Aygün Kazımovanın onu “blok”a atdığını iddia edib:“Kərimi (Kərim Abbasov), Elnuru (Elnur Məmmədov) izləyirəm. Aygün Kazımova yoxdur. Onu instaqramda tapa bilmirəm. Məni blok edib, amma səbəbi barədə məlumatsızam. Bir-birimizə qarşı hörmətimiz var. Bəlkə də, özünün xəbəri yoxdur. Hamıda Aygün xanımın profili göstərir, məndə yox”.