“Aygün Kazımova müflis olacaq” - Ekstrasens

aygun-kazimova-muflis-olacaq-ekstrasens
Oxunma sayı: 652

Ekstrasens “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu il müğənni Zamiq, Röya və Səfurə üçün çox uğurlu olacaq: “Zamiq xarici ölkələrdə konsertlər verəcək. Aygün Kazımova isə müflisləşəcək. Xalq artisti bütün varını-yoxunu sataraq gündəmdə olmağa çalışacaq. Çünki o, reklam olunmağı çox xoşlayır. “ATV” telekanalının aparıcısı Kamilla isə ana olacaq. Hazırda həmin xanım bunu heç kəsə söyləmir”.

Bu il İsveçdə keçiriləcək Eurovison müsabiqəsi ilə bağlı da proqnozlar verən N. Əlixanov İspaniya, İtaliya və ya İsrailin qalib olacağını ehtimal etdiyini söyləyib: “Azərbaycan 7-12-ci sırada qərarlaşacaq. Ermənistan da müsabiqəyə çox ciddi hazırlaşacaq, amma birinci yeri qazana bilməyəcək”.

Qeyd edək ki, ekstrasensin “Qafqazinfo”ya geniş müsahibəsi var. Həmin müsahibə yaxın günlərdə “Qafqazinfo”da yerləşdiriləcək.

Gülnar