Aygün Kazımova sirlərini ortaya çıxardı - Video

aygun-kazimova-sirlerini-ortaya-cixardi
Oxunma sayı: 8268

Son vaxtlar xalq artisti Aygün Kazımovanın görünüşündəki dəyişiklər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzuya çevrilib. 

“Qafqazinfo” xəbər verir ki, müğənni kamera qarşısına keçərək, bununla bağlı bütün sualları cavablandırıb. “Qarşımda çox böyük məqsəd var idi. Bilmirdim necə edəm... Özümü sıfırladım və hər şey bundan başladı”,- deyən A.Kazımova bütün həyatının dəyişdiyini bildirib: 

“Səhər saat 6-7-də oyanıram. Elə yerimdəcə məşqçim Racın dediyi hərəkətləri edirəm. Daha sonra isə səhər yeməyi yeyirəm. Bu, çox önəmlidir. Ona görə də səhər yeməyi mükəmməl olmalıdır. Meyvəni axşama saxlamasaq yaxşıdır. Çünki tərkibində şəkər var. Acqarnına 1 qaşıq zeytun yağı içirəm. Sonra bal uduram və yeməyə keçirəm.

Burada söhbət arıqlamaqdan yox, sağlam qidadan gedir. Şəkər, duz, qızardılmış qidalar yemirəm, spirtli içkidən imtina etmişəm. Əvvəl sağlamlığıma, gözəlliyimə, səsimə təsir edən pis vərdişlərim var idi. Onlardan imtina etmişəm. Buna görə də həm daxili orqanlarım, həm də dərim mənə təşəkkür edir”. 

Kazımova daha sonra etdiyi idman hərəkətlərini bölüşüb. Sözügedən videonu təqdim edirik: