Aygün Kazımova türk müğənni ilə konsert verəcək

aygun-kazimova-turk-mugenni-ile-konsert-verecek
Oxunma sayı: 935


“Qafqazinfo”nun məlumatına görə, bu haqda türk müğənni Sinan Akçıl “ATV”də yayımlanan “Gün keçir” proqramında açıqlama verib:

“Bu gün Nahid Emiloğlunun köməkliyi ilə “Gün keçir” proqramı üçün Bakıya gəlmişəm. Oktyabrın 16-da Aygün Kazımova ilə birlikdə Bakıda böyük konsert verəcəyik. Bunu birinci dəfə burada açıqlayıram. Bir ay ciddi  hazırlaşacağıq. Azərbaycanda ilk dəfə türk və azərbaycanlı müğənninin böyük konserti təşkil ediləcək”.