Aygün Kazımova vətənə belə döndü - Fotolar

aygun-kazimova-vetene-bele-dondu-fotolar
Oxunma sayı: 648

“Qafqazinfo”nunHava limanında onu gözləyən jurnalistlərlə bərabər müğənni həmkarı Ramalın musiqiçilərlə bərabər oxuduğu “hadi-hadi” mahnısı hər kəsin təəccübünə səbəb olub.
“Klipin çəkilişləri artı başa çatdı. İşlər montajdadır. Klip aprel ayında bir neçə ölkədə təqdim olunacaq, amma ilk olaraq bunu vətənimdə edəcəyəm. Sonra isə Snup Dogla Avropa turnesi başlayacaq. Rumıniya dəhşət qarlı idi. Elə bildim məni qara yox e, ağ basıb. Amma bu qar bizi qorxutsa da mane ola bilmədi. İşin pis tərəfi bu oldu ki, şəhəri gəzə bilmədik.” – Aygün xanım fikirlərini belə ifadə edib. Əlavə edək ki, xalq artisti səfərdə olarkən Azərbaycan mediasında haqqında yazılan məlumatlara çox təəssüfləndiyini bildirir.

Sözü gedən mahnının isə bir neçə DJ versiyası olacaq. Yəni dünyanın və Avropanın məşhur DJləri özlərinə məxsus şəkildə bu mahnını hazırlayacaqlar. Sonda isə bütün bu versiyalar ayrıca bir kompakt diskdə təqdim olunacaq.

Qeyd edək ki, uzun yol gəlməsinə baxmayaraq Aygün Kazımova hava limanından evə yox, birbaşa Lider telekanalında yayımlanacaq “Rəngarəng” verilişinin çəkilişi üçün müğənni həmkarı Ramalın evinə gedib.