Aygün Kazımovanın konsertindən - Fotolar

aygun-kazimovanin-konsertinden
Oxunma sayı: 662

Xalq artisti Aygün Kazımovanın paytaxt restoranların birində konsert proqramı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə konsertin aparıcısı Azər Axşam səhnəyə çıxaraq müğənninin bu görüşə uzun müddət hazırlaşdığını deyib. Daha sonra o, səhnəyə A. Kazımovanı dəvət edib. Xalq artisti tamaşaçılar qarşısına “Gələrsən görərsən” mahnısı ilə çıxıb. Onu səhnədə rəqqaslar müşaiyət edib.

Konsert iki hissədən ibarət olub. Birinci hissədə xanım müğənni öz repertuarından olan hit mahnıları ifa edib. İkinci hissə isə əsasən duetlərlə yadda qalıb. A. Kazımova əvvəlcə müğənni Elçin Cəfərov, sonra isə Elton Hüseynəliyev və Rəhim Rəhimli ilə olan duet mahnıları təqdim ediblər.

Gecəsinin sonunda estrada ulduzu daha bir sürprizini təqdim edib. O, yeni “Dola məni qoluna” adlı mahnısını ifa edib. Musiqi parçasının musiqisi isə Faiq Sücəddinov, sözləri Cəlal Qurbanova məxsusdur.