Aygün Kazımovanın qardaşının istintaqı tamamlandı

aygun-kazimovanin-qardasinin-istintaqi-tamamlandi
Oxunma sayı: 633

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin prokuror çıxışa hazır olmadığından aprelin 5-nə təxirə salınıb.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

K. Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.