Aygün Kazımovanın Snup Dogla Avropa macərası - Foto

aygun-kazimovanin-snup-dogla-avropa-macerasi-foto
Oxunma sayı: 1378

“Qafqazinfo”nun məlumatına görə, Bakıdan İstanbula, oradan isə Rumıniyaya yola düşəcək xalq artisti bu ölkədə çoxdandır planlaşdırılan rəqs səhnələrinin çəkilişini reallaşdıracaq. Bu səhnələrin quruluşu bir yox iki xoreoqrafa aiddir. Birincisi, Los Ancelesdəki çəkilişlərdə iştirak edən, Justin Timberlake`in xoreoqrafı Marty Kudelka, ikincisi isə Cennifer Lopezin xoreoqrafı Hamzadır. Vizajı Los Ancelesdəki çəkilişlərdə Aygün Kazımova ilə birgə çalşan xanım Diamond edəcək. O həm də Mariah Carey, Beyonce və bir çox tanınmış xanım ulduzların vizajistidir.
Və əvvəlcədən elan olunduğu kimi rəqs səhnəsində Aygün Kazımovanı Beyonce`un rəqs qrupu müşayət edəcək. Xüsusi qeyd edək ki, bu rəqsin tərkibində tamaşaçılar çox orijinal bir ideyanı görəcəklər. Hələ ki, bununla bağlı məqamlar məxfi saxlanılır. Xalq artisti ayın sonunda vətənə dönəcək.

Klip aprel ayında təqdim olunacaq və bunun ardınca hər iki sənətçinin (Aygün Kazımovanın və Snup Dogun) Avropa turnesi start götürəcək.
Qeyd edək ki, “Dokuzsekiz” şirketi ilə birgə imzalanan bu layihə yalnız bir mahnı və bir kliplə bitmir. Uzunmüddətli layihəmiz barədə müntəzəm olaraq mətbuata xəbər veriləcək.