Aygün küsülü olduğu iki məşhurla bir arada - Fotolar

aygun-kusulu-oldugu-iki-meshurla-bir-arada
Oxunma sayı: 2799

Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə diqqət çəkən məqamlardan biri isə münsiflər kürsüsündə üç küsülü məşhur -xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və əməkdar artist Tünzalə Ağayevanın yer alması olub. 

Qeyd edək ki, ötən ay türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev Sarayında baş tutan konsertdə xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın barışmaqları barədə xəbər yayılsa da, hər ikisi təkzib etmişdi.. 

Bildirək ki, T. Ağayeva ilə A. Kazımova da bir müddətdir münasibətlərinə son qoyublar. Onlar tədbirlərdə bir-birini görməzlikdən gəlmiş,  salamlaşmamışdılar. Ağayeva son olaraq xalq artistinin ona hörmət qoymadığını açıqlamışdı.