Aygün Natavanla barışmağından danışdı

aygun-natavanla-barismagindan-danisdi
Oxunma sayı: 2470

Xalq artisti Aygün Kazımova 9 ildən sonra barışdığı həmkarı Natavan Həbibi barədə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, Kazımova sənətçi ilə səmimi barışdıqlarını qeyd edib.

O, “Çox gözəl atmosferdə səmimi barışıq oldu. Hamıya barışıq arzu edirəm”- deyərək yayılan xəbərlərə qısa münasibət bildirib:

Məşhur müğənni ötən həftə ad gününü qapalı keçirməsinin səbəbini də açıqlayıb: “Hər dəfə sənət dostlarım iştirak edib, mediaya açıq olub. Amma bu dəfə belə keçirmək istədim”. 

Qeyd edək ki, iki məşhur simanı radio aparıcısı Kazım Sübhanın ad günündə xalq artisti Faiq Ağayev barışdırıb.