Aygün “Novruz”u Almaniyada keçirəcək

aygun-novruzu-almaniyada-kecirecek
Oxunma sayı: 1516


“Qafqazinfo”nun məlumatına görə, bu haqda Avropa prodüseri kimi tanınan Sultan Mustafayevin sosial şəbəkədə paylaşdığı videoda xanəndə özü məlumat verib: “Sizi Bakının gözəl mənzərəsindən salamlayıram. Martın ayının 22-də “Novruz” bayramı şənliyi ilə Honnover şəhərində çıxış edəcəyik. Bütün dostları musiqi sevərləri konsertdə iştirak etməyə dəvət edirəm. Səbrsizliklə yolunuzu gözləyirəm. Azərbaycanın torpağından, suyundan da orada yaşayan həmvətənlərimizə hədiyyə aparacam”. 

Qeyd edək ki, Aygün Bəylərlə yanaşı konsertdə müğənnilər Nüşabə Ələsgərli, Beybut Kərimov, Səidə Dadaşova, Afaq Aslan, DJ Kera, meyxanaçılar Vüqar və Samirə iştirak edəcəklər. Konsertin aparıcısı Mehriban Xanlarova olacaq.