Aygün Rəsulla sevgilidir?

aygun-resulla-sevgilidir
Oxunma sayı: 8008

Xalq artisti Aygün Kazımovanın gənc müğənni Rəsul Əfəndiyevlə sevgili olması barədə məlumatlar yayılıb. “Qafqazinfo” xəbər verir ki, Kazımovanın ad günündə özəl qonaq kimi Rəsulu dəvət etməsi, onunla səmimi görüntülənməsi, xalq artistinin həmkarı ilə “Dola mənə qolunu” mahnısını duet şəklində ifa etməsi söz-söhbətləri daha da artırıb. 

“Qafqazinfo” bu məqamda  A. Kazımovanın Rəsulla sevgi dedi-qodularına münasibətini öyrənib. Müğənni açıqlamasında yayılan informasiyanın əsassız olduğunu bildirib:

“Əhvalımız çox gözəldir. Biz sadəcə duet oxumuşuq. Duetimiz özəl olaraq yerli radiolarda, daha sonra Türkiyənin “Kral” radiosunda səsləndirildi. Belə gözəl yaradıcı xəbərlərimiz var”.

Bundan əlavə, sənətçi 14 fevralı sevgililər günü kimi qeyd etmədiyini vurğulayıb: “İlllər əvvəl də demişəm. Mənim üçün iyunun 30-u sevgililər günüdür.  Bu günü qəbul etmədiyim üçün hədiyyə də arzulamıram”.