Aygün Səmədzadə müğənniləri hədələdi

aygun-semedzade-mugennileri-hedeledi
Oxunma sayı: 3609


“Qafqazinfo”nun Modern.az saytına istinadən məlumatına görə, A.Səmədzadə ad çəkmədən müəllif hüqularına hörmət etməyən müğənnilər ismarıc ünvanlayıb:

”Mügənnilər, instrumental ifaçılar və sənətlərinin adını bilmədiyim digərləri... Müəlliflik hüquqlarımızı pozursuz! Mahnıları ifanızda, şəklinizi qoyub paylaşırsız, yalnız öz adınızı qeyd edirsiz. Camaat da dinləyib, sizə təriflər yazır, mahnılarda olan bütün üstünlükləri sizinlə baglayır. Sanki, bu mahnıları bəstəkar-şair yazmayıb, sizin repertuarınıza hansısa toyuq yumurtlayıb... 

Zəhmət də olsa, nəhayət anlayın, bunu - icazəsiz hər hansısa müəllif əsərini ifa etmək və bu azmış kimi müəllifləri qeyd etmədən paylaşmaq təkcə tərbiyəsizlik deyil, hüquq pozuntusudur. Sizi bir-bir məhkəməyə verib böyük məbləg qazanmaq ehtimalımız da var… Bəlkə də mahnı almaq istərkən qanorar ödəmək sizə çətin oldugundan, halal haqqımızı sizdən bu yolla almagımızı istəyirsiz?”.