Aygün və Tolik Amerikaya gedir

aygun-ve-tolik-amerikaya-gedir
Oxunma sayı: 639

Məlum olub ki, xanım Kazımova ilə eyni gündə eks-prodüseri Tolik də Amerikaya gedir. Bu barədə “Qafqazinfo”ya açıqlama verən Tolik bildirib ki, onun Aygün Kazımova ilə Amerkaya eyni gündə getməsi bir təsadüfdür: “Biz eyni gündə getsək də ayrı-ayrı reyslərlə gedirik. Mən Amerikada az qalacağam. Ordan da Mayamiyə gedəcəyəm və 7 gün orda olacağam”.

Onu da deyək ki, Toliklə Aygün Kazımovanın barışması və bunu mediadan gizli saxladıqları barədə də xəbərlər gəzir.

Aynur B.