Aygündən Faiqə dəstək

aygunden-faiqe-destek
Oxunma sayı: 1053


“Qafqazinfo”nun məlumatına görə, Kazımova bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, Rəhimlinin səsləndirdiyi fikirlər sadəcə anlaşılmazlıqdır: 

“Günlərlə verdiyi konsertlərlə, performanslarla gənc həmkarlarına illərlə örnək olan, meydan oxuyan, master-klass göstərən, oturuşu-duruşu, danışığı  örnək olan estradamızın illərlə rəqibsiz tək və yek meqastarı Faiq Ağayevdir.  Biz düz 26 ildir bunun şahidiyik. Dostum Rəhimin söylədiyi qarmaqarışıq fikirlər məni təəccübləndirdi.  Burada çox böyük anlaşılmazlıq var. Buna əminəm. İnanıram ki, Rəhim özü də bu anlaşılmazlığa aydınlıq gətirib son qoyacaq. Rəhimi belə biri kimi tanımıram və düşünürəm ki, heç də yanılmıram”.