Aygünə mükafatı təqdim olundu - Fotolar + Video+ Yenilənib

Aygünə mükafatı təqdim olundu
Oxunma sayı: 8968

Hazırda Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi keçirilir.“Qafqazinfo”nun məlumatına görə, gecədə xalq artisti Aygün Kazımova da iştirak edir. Pop ulduza “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim ediləcək.  Xalq artistinin tədbirdən fotosu sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. 

***

A. Kazımovaya mükafataı məşhur stilist Önder Tiryaki təqdim edib. Pop ulduz səhnəyə çıxaraq ona səs verən hər kəsə təşəkkürünü bildirib.  O, iki dəfə Türkiyədən mükafat gecəsinə namizəd olduğunu, lakin qalib gəlmədiyini qeyd edib.  Xalq artisti daha sonra səhnədə “S.U.S” adlı mahnısını səsləndirib.

Bu məqamda bildirək ki, Aygünün qırmızı xalça və səhnə geyimləri üzərində məşhur dizayner Rüfət İsmayıl çalışıb. 












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi