“Aygünlə Namiqin xoşbəxtliyinə niyə mane olurdular?”

aygunle-namiqin-xosbextliyine-niye-mane-olurdular
Oxunma sayı: 2748



“Mətbuatda haqqımda yazılan xəbərləri izləyirəm, hətta barəmdə yazılan şərhləri də oxuyuram. Oxumuram desəm, qeyri-səmimi çıxar. Əvvəllər əsəbləşirdim. Sonra düşündüm ki, şərhləri oxuyub özümə ikrah hissi  ilə yanaşmaqdansa, daha böyükmiqyaslı düşünüm. Bunun üçün də xarici mətbuata baxıram. Orada heç kim populyar, ictimailəşmiş  insanları tənqid, təhqir etmir, onları sevirlər. Ancelina-Bred Pitt cütlüyünü, ailəsini necə yüksəkdə tuturlar. Amerikada onları pisləyən yoxdur. Bizdə  Aygün Kazımova-Namiq Qaraçuxurlu cütlüyü var idi. Onları bir-birinə yaraşdırmayan xanımların bəyləri imkanları olsaydı,  Aygün xanımın diqqətini cəlb etməyə çalışardı. Düşünərdilər ki,maddi imkanım olsa, Aygün xanım ona baxar. Eləcə də Namiqi tənqid edən bəylərin xanımları Namiqi görəndə ürəkləri gedərdi. Bu cütlüyün xoşbəxt olmağına niyə mane olurdular? Cəmiyyət ictimailəşmiş insanları qurbana çevirir.  Qadınlar var deyir ki, vay  Xoşqədəm Doğuşa getdi. Niyə Xoşqədəm xanımı yüksəkdə tutmurlar? Mən eşidəndə çox sevindim, düşündüm ki, gələcəkdə mən də yenidən ailə qura bilərəm. Amma sənət nümayəndələrindən tutmuş,  adi insanlara kimi onları tənqid etdi. 

 Türkiyəli müğənni Emre Kaya “Hələ bu harasadır” verilişimdə qonaq olanda zarafatca dedim ki, Xoşqədəm xanım Doğuşa ərə getdi, bəlkə sən də məni alasan? Bunu zarafata demişəm, bu söhbəti də böyütdülər. Emre Kaya da təəccübləndi. Amma heç vaxt başqa millətin nümayəndəsinə ərə getmərəm, öz millətimə qurban olaram. Əslin də “Heç vaxt heç vaxt demə” deyirlər.  Hər şey qismətdir”. 

Könül