“Aygünlə Röyadan Ramalın xahişini edirdim”

aygunle-royadan-ramalin-xahisini-edirdim
Oxunma sayı: 2899


"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Gündəlik" verilişində əməkdar artist Abbas Bağırov deyib. O, R.İsrafilovla münasibətlərindən danışıb:

"Ramal mənim yanımda olanda mahnı bəstələmirdi. Qrupdan sonra yazdı, gətirib mənə göstərirdi. Gedib Aygün Kazımovadan, Röyadan, başqa müğənnilərdən xahiş edirdim ki, Ramalın mahnısın oxuyun. Gənc idi, dəstək olurdum. İstəyirdim o sahədə də tanınsın. Bunu etiraf etsin".