Aygünlə Samir 17 il sonra... - Video

aygunle-samir-17-il-sonra
Oxunma sayı: 2591

Xalq artisti Aygün Kazımova və uzun müddətdir ki, efirlərdən uzaq gəzən Samir Bağırov yenidən bir araya gəlib. “Qafqazinfo” xəbər verir ki, iki məşhur sima “ATV maqazin onlarla” proqramının Novruz bayramı ilə bağlı lentə alınan özəl buraxılışında çıxış ediblər. 

Aygünlə Samir duet oxuduqları  “Bir daha” mahnısını 17 ildən sonra yenidən səsləndiriblər. Bu məqamda qeyd edək ki, sənətçilər sözügedən dueti ilk dəfə 2001-ci ildə ABA TV-nin efirində təqdim etmişdilər. 

Xatırladaq ki, bir zamanlar fenomenə çevrilən bəstənin sözləri Vahid Əzizə, musiqisi isə Eldar Mansurova məxsusdur.