“Aygünün belə reklama ehtiyacı yox idi”

“Aygünün belə reklama ehtiyacı yox idi”
Oxunma sayı: 2323

Əməkdar artist Lalə Məmmədova həmkarı Aygün Bəylərin söylədiyi “Toy  xəbərimi yalandan mətbuata yaydım” sözlərinə etiraz edib. 

“Qafqazinfo” xəbər verir ki,  “Show time” verilişinə açıqlama verən müğənni bildirib ki, həmkarı insanları aldatmaqla onların etibarını itirib: 

“Məni təqdim edəndə dedim ki, bu təqdimat mənə məsuliyyət verir. Özü haqqında yalan məlumatlar yayanlar, yəqin bu məsuliyyəti özlərində dərk etmirlər. Hiss etmirlər ki, xalqın onlara nə qədər etibarı, inamı var. Yəni bu inamı itirmək olmaz. Aygünün belə reklama ehtiyacı yox idi. Düzdü, bu maraqlı oldu, istəyərdim ki, ailə qursun.

Niyə də yox? Hər bir qadın xoşbəxt olmağa layiqdir. Mənə elə gəlir ki, bu reklamı sona qədər davam etdirmək və sonunu yaxşı tamamlamaq lazım idi. Amma insanları aldatmaq olmaz. Dünya ulduzları arasında da belə bir “piyar” var. Onun bu addımını dəstəkləmirəm”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi