Aygünün sevgilisi haqda şok - - Faktlar

aygunun-sevgilisi-haqda-sok-
Oxunma sayı: 6019


Xalq artisti Aygün Kazımovanın nişanlanması haqda xəbər vermişdik. Xəbərdə qeyd olunurdu ki, xalq artisti “İnstagram” səhifəsində üzüyünün fotosunu paylaşaraq nişanlı olduğunu deyib. 

Qeyd edək ki, bir müddət öncə mediada və sosial şəbəkələrdə Kazımovanın sevgilisi olduğu deyilən Fikrət adlı biznesmenlə fotoları yayılmışdı. Cütlüyün şəkilləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı və müzakirə obyektinə çevrildi. Hətta jurnalistlər və xalq artistinin fanatları da müzakirələrə qoşuldu. 

“Qafqazinfo”nun məlumatına görə, Aygün Kazımovanın həmkarları da məsələyə münasibət bildirib. Belə ki, Nura Suri Fikrətin Aygünün sevgilisi deyil, tanışının həyat yoldaşı olduğunu deyib:

“Bu fotodakı oğlan İstanbulda yaşayan tanışım Nigarın həyat yoldaşı İmzardır. Yəqin ki, onlar dostluq edirlər. Siz niyə Aygün Kazımovanın üstünə düşmüsüz? O ərə gedə bilməz? O, yaxşı qadındır”.