Aygünün tərk etməsi məni yandırır

aygunun-terk-etmesi-meni-yandirir-
Oxunma sayı: 2894


“Mən namiq Qaraçuxurlu Novruzun tonqal elçisi olaraq bayramınızı təbrik edirəm. Arzu edirəm ki, mənim kimi çarta-şart yanmayasınız. Əlimdə fürsət varkən bir neşə şikayətimi çatdırmaq istəyirəm. Tonqalı yandırmaq qaydası var. Gah təkər, gah kağız, gah da zir-zibil atırlar. Harda taxta-tuxta görürlər üstümə atırlar.  Sonra da üstümdən tullanmağa başlayırlar. Tullana bilənlə işim yoxdur. O gün 70 yaşlı nənə üstümdən tullanarkən qucağıma düşdü. Cavanlıqda belə səhvlər etməzdim. Məni söndürmək üçün üzərimə su, torpaq, kimya elminə məlum olmayan maddə tökürlər. Bunlar da məni yandırır. Amma məni ən çox  məni yandıran Aygün Kazımovanın məni tərk etməsidir. Axır vaxtlar şou-biznesində çoxları özünü yandırır”.