Aygünün yeni görünüşü tənqid olundu - “Məni ağladan…”

Aygünün yeni görünüşü tənqid olundu
Oxunma sayı: 4646

Xalq artisti Aygün Kazımova  plastik əməliyyatdan sonrakı fotoları tənqid olunub. “Qafqazinfo” xəbər verir ki, 3 dəfə estetik cərahiyyəyə üz tutan müğənni yeni fotosessiyası üçün kamera qarşısına keçib. 

“Qafqazinfo” xəbər verir ki, Aygün yarım milyon izləyicisi olan instaqramda yeni görünüşünü tam əks etdirən paylaşımlar edib. Pop ulduzun fit və cazibədar görünüşü diqqətdən yayınmayıb.

Lakin sənətçi yenə də tənqid atəşinə tutulub.  Sosial şəbəkə istifadəçiləri onu estetik əməliyyat keçirdiyi üçün qınayıb. Hətta, onlardan bir neçəsi Kazımovanın konsertində ağlaması barədə suallar verib. 

Xalq artisti “Məni səhnədə ağladan başqa sevgi idi. Sənətə olan sevgim” – deyə onlara cavab verib.  

Bundan başqa, müğənni tənqidlərdən sonra yazılan rəyləri silməyib və paylaşımlardakı şərh bölməsini deaktiv etməyib.  

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi