Ayı fransız bəstəkarı parça-parça etdi

Ayı fransız bəstəkarı parça-parça etdi
Oxunma sayı: 2654

Kanadanın şimalında ayı hücumu nəticəsində fransız bəstəkar Jülyen Qotye həyatını itirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “France Musique” xəbər verib.

Hadisə avqustun 14-dən 15-ə keçən gecə Alyaska şəhərində baş verib. Ayı çadırda yatan Qotyeni boğazından tutub və meşəyə aparıb. Bəstəkarın cansız bədəni növbəti gün tapılıb.

Baş verənlər bəstəkarla bərabər səyahətə çıxan fotoqraf dostu Kamil Toskanini çox təsirləndirib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi