“Ayıb olsun” - Ölüm xəbəri yayılan Xalq artisti

“Ayıb olsun”
Oxunma sayı: 4817

Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. 

Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. C. Zeynallı "Qafqazinfo"ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirdi:

"Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensasiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?". 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi