Aykut Kocaman Azərbaycan yığmasının üzvünü “Fənərbaxça”da görmək istəyir

aykut-kocaman-azerbaycan-yigmasinin-uzvunu-fenerbaxcada-gormek-isteyir
Oxunma sayı: 627

Mövsümün sonunda "Fənərbaxça"nın baş məşqçisi təyin olunacaq Aykut Kocaman artıq klub rəhbərliyinə yeni transfer siyahısını verib.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, mütəxəssisin komandasında görmək istədiyi oyunçulardan biri Azərbaycan yığmasının üzvü, hazırda Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Özancan Kökcüdür. 

O, rəhbərlikdən mövsümün sonunda bu futbolçu ilə danışıqlar aparılmasını istəyib.