Ayla evlilik təklifini cavabsız qoydu

ayla-evlilik-teklifini-cavabsiz-qoydu
Oxunma sayı: 1438

“Bağdat” mahnısı ilə ulduzu parlayan Ayla Çelik sevgilisinin evlilik təklifini cavabsız qoyub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin eşq yaşadığı Barbaros Utku Türkiyə KİV-nə müsahibəsində deyib. 

İstanbulda görüntülənən cütlük müxbirlərin “Toy nə vaxt olacaq” sualına əvvəlcə cavab vermək istəməyib. 

İş adamı olan B. Utku daha sonra “münasibətimizin 6 ayı tamam olanda evlilik təklifi etdim, amma hələ cavab gəlməyib” deyə cavab verib.