Ayla və Pərvin “O səs”də yarımfinala çıxdı

ayla-ve-pervin-o-sesde-yarimfinala-cixdi
Oxunma sayı: 2156

Ötən şənbə “O səs Türkiyə” mahnı musabiqəsində “Duellər” mərhələsi baş tutub.  “Qafqazinfo” xəbər verir ki, çıxış edənlər siyahısında iki azərbaycanlı iştirakçı: Pərvin Səfərov və Ayla Ray olub. 

Murad Bozun rəhbərlik etdiyi komandanın üzvləri Enis Uymaz, Ahmet Tuncer İsgender və Pərvin Lətifov səhnəyə çıxıb. Həmyerlimiz “Yorgun yıllarım” mahnısını səsləndirib və qrup rəhbəri tərəfindən bəyənilib. 

O, növbəti mərhələdə iştirak etmək hüququnu əldə edib.  

 Pərvin səhhətində yaranan problemlə əlaqədar yarışmanı yarımçıq tərk edib. O, aznews.az-a açıqlamasında bunları deyib: 

“İkinci turdan keçdim. Düzü, həmin vaxtlar bir az soyuqlamışdım. Düşündüm ki, 3-cü tura kimi səhhətim qaydasına düşər. Elə bu vaxt xəbər gəldi ki, “3-cü turdur, təcili gəlməlisiniz”. Bu vəziyyətdə də getdim. 3-cü turda məndən 3 mahnı istədilər. Bu mahnıların arasında Azərbaycan mahnısı olsa da, münsiflər nədənsə “Değme benim gamlı yaslı gönlüme” türk mahnısını oxumağımı istədilər. Mahnı uğurlu alınmadı. Beləcə, bu ifa mənim işığa doğru gedən yolumu bağladı”.

Daha sonra Yıldız Tilbenin komandasından olan Ayla Ray və Pembegül Bayram səhnəyə çıxaraq öz performanslarını sərgiləyiblər. Hər iki şəxs “Black Velvet” əsərini duet şəklində ifa ediblər. 

Yıldız Tilbe yarışmaya Ayla ilə davam etmək istədiyini bildirib.