“Ayntraxt” “Benfika”ya şok yaşatdı - Video

ayntraxt-benfikaya-sok-yasatdi
Oxunma sayı: 2130

Avropa Liqasının ¼ final mərhələsinin sürprizi qeydə alınıb.

“Qafqazino” xəbər verir ki, bu mövsüm oynadığı baxımlı futbolla diqqətləri üzərinə cəlb edən “Ayntraxt” klubu süprizə imza ataraq yarımfinala yüksəlib.

İlk matçda “Benfika”ya 2:4 hesabı ilə məğlub olan Almaniya təmsilçisi cavab matçında 2:0 hesablı qələbə qazanıb və səfər qolları sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, “Ayntraxt” yarımfinalda “Çelsi” ilə qarşılaşacaq.

“Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya) - 2:0

Qollar: Kostik, 37, Sebastyan Rode, 67

İlk oyun - 2:4