Çay dünyanın ən mühüm ixtiralaırndan biridir. Ancaq ayrı-ayrı xalqların hər birinin öz çay süfrəsi ənənəsi var.
“Qafqazinfo” müxtəlif ölkələrdə çayın necə içilməsi ilə bağlı maraqlı faktları təqdim edir:
1. Yaponiya: yüksək keyfiyyətli incə doğranılmış yaşıl çay yarpaqları keramika bardaqda şəkər tozu ilə dəmlənir. Əgər hər şeyi düzgün ardıcıllıqla etsəniz, parlaq yaşıl çay əldə edəcəksiniz.
2. Hindistanda “darjeeling” adlı çay növü var ki, bu çay yarpaqları Himalay dağında yetişir.
3. Türkiyədə tünd qara çay ensiz stəkanda qənd parçası ilə təqdim olunur.
4. Tibetdə çay süd, yağ və duz qarışdırılaraq içilir.
5. Mərakeşlilər yaşıl çayı nanə ilə içirlər.
6. Honkonqda çaya bişirilmiş südü soyuq suya əlavə edərək buz parçaları ilə içirlər.
7. Tayvanda çayı süfrəyə həm soyuq, həm də isti halda verə bilərlər: bir şərtlə ki, yanında noğul olsun.
8. Amerikalılar çayı limon və qəndlə xoşlayırlar. Bəzən isə çaya soda əlavə edirlər.
9. Pakistanda çay ədviyyat və kərə yağı əlavə edilərək içilir.
10. Tailandda çaya müxtəlif otlar, süd və buz əlavə edilərək içilir.
11. Çinlilər kubşəkilli satılan “Puer çayı”nı xoşlayırlar.
12. Misirlilər qara çayı şəkərsiz içməyi sevirlər.
13. Monqollar çayı metal qablarda süd və duz əlavə edərək içirlər.